Accessibility links

BMT Baş katibi dünya ölkələrini qlobal problemlərin həllində əməkdaşlığa səsləyib


BMT Baş katibi Ban Ki-mun Nyu Yorkda Baş Assambleyanın illik sessiyasını dünya ölkələrinə iqlim dəyişikliyi, tərksilah və yoxsulluq kimi qlobal problemlərin həllində əməkdaşlıq aparmaq çağırışı ilə açıb.

Cənab Ban BMT-yə üzv 192 dövlətin liderlərinə müraciət çıxışında iqlim dəyişikliyini bəşəriyyət qarşısında ən böyük bir sınaq adlandırdı.

BMT sessiyanın açılışından öncə bu mövzuda zirvə toplantısı keçirilib. ABŞ prezidenti Barak Obama bu gün sessiyada çıxış edəcək.

Onun dünya liderlərinə Birləşmiş Ştatların qlobal problemləri təkbaşına həll edə bilməyəcəyini deyəcəyi gözlənilir.

XS
SM
MD
LG