Accessibility links

ABŞ əsgəri mülki kontraktoru qətlə yerirmək ittihamı ilə üzləşir


Birləşmiş Ştatlar hərbi qüvvələrinin məlumatında deyilir ki, sıravi əsgər Beyşi Velez bu ayın əvvəli İraqın Tikrit şəhərindəki hərbi bazada amerikalı mülki kontraktor Lukas Vinsonu güllə ilə qətlə yerirmək ittihamı ilə üzləşir. Velezə qarşı irəli sürülən ittiham təsdiq edilərsə o, ömürlük həbs cəzasına məhkum ediləcək. Hal-hazırda əsgərin Birləşmiş Ştatların Havay ştatında saxlandığı deyilir. Lakin Speiker Hərbi Bazası bu məsələ ilə bağlı əlavə məlumat verməyib. Qətlə yetirilən kontraktor Lukas Vilson Birləşmiş Ştatların İraqdakı hərbi bazasına ərzaq, ev təchizatları, poçt xidməti sahəsində fəaliyyət göstərən KBR şirkəti üçün çalışırdı.

XS
SM
MD
LG