Accessibility links

Polşa parlamenti 1939-cu ildə sovet təcavüzünü qınayan qətnamə qəbul edib


Polşa parlamenti sovet ordusunun 1939-cu ildə hazırda Polşanın şərqinə müdaxiləsini qınayan qətnamə qəbul edib.

Sənəddə həmçinin Rusiyada bütün xeyirxah insanlar Stalin dövrünün cinayətlərini qınamağa çağırılır. Qətnamənin əsas hədəfi 1939-cu ildə Sovet İttfaqı və nasist Almaniyası arasında Avropanın gizli olaraq nüfuz dairələrinə bölünməsi və İkinci Dünya müharibəsi üçün əsas hazırlayan Molotov-Ribenttrop müqaviləsidir.

1939-cu ildə imzalandıqdan bir neçə həftə sonra Almaniya Polşanın şərqini işğal etmiş, sovet qoşunları buraya şərqdən daxil olmuşlar.

Qətnamədə həmçinin 1940-cı ildə Polşanın minlərlə zabitinin qətliamı və Sovet qüvvələrinin Rusiyanın Smolensk şəhəri yaxınlığında Xatın meşəsində polyakları qətlə yetirməsi qınanılır.

Keçən ay Rusyanın Baş naziri Vladimir Putinin bu qətliamı cinayət adlandırması Rusiyanın ikitərəfli münasibətləri yaxşılaşdırmaq səyi kimi qiymətləndirilir.


XS
SM
MD
LG