Hondurasda kommendant saatına müvəqqəti
fasilə verilib. Qadağa saatının məqsədi sabiq prezident Manuel Zelayanın gözlənilmədən
ölkəsinə qayıtması ilə baş qaldıran qarşıdurmalara mane olunmasıdır. Hakimiyyətdən salınan prezident Manuel
Zelayanın sığınacaq tapdığı Braziliyinın o ölkədəki səfirlyi əsgərlər
tərəfindən mühasirədə saxlanılır.Hondusraın müvəqqəti prezidenti Roberto Miçeletti hökuməti Manuel Zelayanı həbsə
məhkum etmək istəyir.
Zelayanın tərəfdarlarının şəhərdə toplaşmasının qarşısı
alınır. Polis etirazçılara qarşı gözyaşardıcı qazadan istifadə edib. Qiyam
polisi ilə Zelayanın tərəfdarları arasındakı toqquşma nəticəsində bir nəfərin
həlak olduğu bildirilir.
BMT-nin Baş Assambleyasının Nyu-York sessiyası zamanı
Latın Amerikası ölkələrinin liderləri Zelayanın hakimiyyətə qaytarılmasına
çağırıb. ABŞ və Braziliya ölkədə sakitliyə, qarşıdurmalara yol verilməməsi üçün
ölçülər götürülməsinə səsləyir.