BMT Təhlükəsizlik Şurası nüvə silahlarının tamamilə məhv edilməsi istiqamətində səyləri gücləndirmək mahiyyəti daşıyan qətnaməni yekdilliklə qəbul edib.
ABŞ prezidenti Barak Obama Təhlükəsizlik Şurasının bu gün xüsusi sessiyasında sədrlik edib.
Təhlükəsizlik Şurasına üzv 15 dövlətin liderlərinin hamısı ABŞ-ın hazırladığı qətnaməyə səs verib.
Qətnamədə nüvə silahlarının azaldılması, tərksilah və nüvə terrorizmi təhlükəsi ilə mübarizə məqsədilə çərçivə planı əhatə edir. Burada dövlətlərə nüvə silahlarının azaldılması, tərksilah və Nüvə Silahlarının yayılmamasına dair Müqavilənin dəstəklənməsi, habelə nüvə materiallarının terrorçuların əlinə keçməsinin qarşısını almaq üçün təhlükəsizliyin gücləndirilməsilə bağlı çağırışlar edilir.
Qətnamədə İran və Koreya ayrıca qeyd edilərək, Təhlükəsizlik Şurasının nüvə silahlarının yayılmaması səyləri qarşısında ən böyük çətinlik kimi göstərilirlər.
Cənab Obama Təhlükəsizlik Şurasında yüksək səviyyəli zirvə görüşündə sədrlik edən ilk Amerika prezidentidir.