Accessibility links

ABŞ prezidenti və qərb liderlər İranın məxfi şəkildə nüvə obyektləri inşa etməsinə dair narahatlığını bildirib


Böyük İyirmiliyin Pittsburq tədbirinə ev sahibliyi edən ABŞ prezidenti Barak Obama və digər qərb dövlətlərinin liderləri İranın məxfi şəkildə nüvə obyektləri inşa etməkdə günahlandırıb.

Cənab Obama, Fransa prezidenti Nikola Sarkozi və Böyük Britaniyanınbaş naziri Gordon Braun Böyük Iyirmiliyin sammitinin ikinci günü bu barədə çıxışlar edib.Liderlər İranı gizli şəkildənüvə yanacağı istehsal etməkdə təqsirləndirib.Barak Obama bildirib ki, Beynəlxalq Atom Enerjisi Agentliyinə bildirmədən İranın daha bir gizli nüvə obyekti inşa etmək qərarı nüvə silahlarının yayılmamasına dair sazişin birbaşa pozulması deməkdir.

Prezident Obama deyib ki, Amerika gizli obyektlərdən və İranınsilah müfəttişlərinin təftişinə yol verməməsindən xəbərdar idi. ABŞ dövlət başçısı həmin obyektin Tehrandan 160 km-lik məsafədə,Qum şəhəri yaxnlığındakı dağlıq bölgədə yerləşdiyini bildirib.

Obama administarsiyası İranın yeni obyektlərinin inşasını BMT-nin qətnamələrinə zidd adlandırıb.

XS
SM
MD
LG