Accessibility links

Əl-Qaidənin lideri avropalıları amerikalılarla əlaqələrini kəsməyə çağırır


Üsəma Bin Ladenin səsi olduğu güman edilən yeni audio yazıda Əl-Qaidənin lideri avropalıları Amerikalılarla əlaqələrini kəsməyə çağırır. Bin Laden Amerikanın Əfqanıstandakı müttəfiqlərini qoşunlarını geri çəkməyə, əks təqdirdə təcavüzkarın təcavüzə məruz qalanların intiqamı ilə üzləşəcəyini bildirib. Audio yazı Əl-Səhab Media tərəfindən həm ingilis, həm də alman subtitrləri, habelə Bin Ladenin Avropa xəritəsi üzərində şəkli ilə yayılıb.

Bin Ladenin xəbərdarlığı Almaniya bazar günü keçiriləcək ümumilli seçkilərindən əvvəl edilir. Əl-Qaidə lideri Amerika qüvvələrinin yaxın zamanda NATO müttəfiqlərini tərk edərək, Əfqanıstandan çıxacağını deyib. Avropalılara üz tutan Bin Laden deyib ki, intiqamın hədəfi yalnız siz olacaqsınız.

Audionun həqiqiliyi müəyyən edilməyib, lakin əvvəlki yazılarla müqayisə edilən səsin Bin Ladenə məxsus olduğu deyilir. Əl-Qaidə lideri son dəfə 2001-ci il 11 sentyabr terror aksiyalarının 8-ci ildönümü ərəfəsində amerikalılara xəbərdarlıq vermişdi.

XS
SM
MD
LG