ABŞ prezidenti Barak Obama Böyük Səkkizliyin
sammitindən sonra nüvə silahlarının yayılmasına mane olmaq üçün beynəlxalq
əməkdaşlığa çağırıb. Həftəlik radio və internet müraciəti zamanı dövlət
başçısı ABŞ-ın beynəlxalq əlarələrin
yeni erasını başlatmaq istədiyini bildirib. Prezident deyib ki, Amerika Rusiya
ilə silahların ixtisarına dair razılığın şərtlərinə əməl edəcək.
Barak Obama Şimali Koreya və İran kimi ölkələri beynəlxalq cavabdehliyə səsləyib. Prezident deyib ki, Amerika tərəfdaşları və müttəfiqləri ilə bərabər Şimali Koreyanın kütləvi qırğın silahları istehsalından çəkindirmək üçün səylərini davam etdirəcək.