Accessibility links

İran hərbi təlimlərə hazırlaşır


İranın elitar İnqilab Qvardiyası gələn bazar günündən etibarən raketlərə qarşı müdafiə təlimlərinə başlayacağını elan edib. İranın xəbər agentlikləri tərəfindən yayılan bəyanatda İnqilab Qvardiyasnın hava qüvvələrinin İranın müdafiə qabiliyyətlərini təkmilləşdirmək üçün manevrlər keçirəcəyi bildirilir. Bu ayın əvvəlində İran radardan yayına bilən kruiz raketlərini vurmaq qabiliyyətində olan silahlar sistemi inkişaf etdirdiyini elan etmişdi. İran həmçinin deyilənlərə görə İsraili, ABŞ-ın Yaxın Şərqdəki bazalarını və cənubu Şərqi Avropanı vura biləcək raketləri sınaqdan keçirdiyini bildirib. ABŞ və İsrail İranın nüvə obyektlərinə hərbi hücumu istisna etməyiblər, belə ki, bu dövlətlər İranın gizlində atom bombası istehsal etməyə can atdığına inanır.
XS
SM
MD
LG