Accessibility links

İran qısa mənzilli raket sınağı keçirib



İran bu gün qısa mənzilli raket sınağı keçirdiyini və bu yaxınlarda daha uzaq məsafələri qət edə biləcək raketləri sınaqdan keçirəcəyini bildirib.

Bu addım İranın qərblə mübahisəli nüvə proqramına görə gərginlyin artmasına baxmayaraq, uranın zəngiləşdirilməsi üçün ikinci zavodun inşa edildiyini açıqlamasından sonra atılır.

Iranın İslam İnqilabi Qvardiyasının korpusu qısa mənzilli iki raketi bu gün sınaqdan keçirib. Tehran bazar ertəsi uzun mənzilli daha bir raketi sınaqdan keçirməyi planlaşdırır.

Dövlət televiziyasında səhralıq ərazidə keçirilən hərbi təlimlərin bir hissəsi olaraq raketlərin sınaqdan keçirildiyi nümayiş etdirilib.

İranın hərbi hava qüvvələrinin briqada generalı Hüseyn Salami müxbirlərlə söhbətində hərbi təlimlərin üç mərhələdə keçirildiyini deyib. O, orta mənzilli Şəhab 1 və Şəhab 2 raketlərinin bu gün, uzun mənzilli Şəhab 3 raketinin isə bazar ertəsi günü sınaqdan keçirələcəyini deyib.

İran bidirir ki, Şəhab 3 raketi 2000 kilometr məsafəni qət etmək qabiliyyətinə malikdir. Bu isə rakertlərin İsrail və ABŞ-ın bəzi hərbi bazalarına çata bilməsi ehtimalını yaradır.

Təlimlər İran və qərb dövlətləri arasında Tehranın nüvə proqramı ilə əlaqədar gərginliyin artdığı bir vaxt keçirilir.

Keçən həftə İran uranın zənginləşdirilməsi üçün ikinci zavodun inşa edildiyini açıqlamışdı. Təhlilçilərin fikrincə, İran qərb kəşfiyyatının bundan xəbərdar olduğunu başa düşdüyünə görə bunu etmək məcburiyyəti qarşısında qalmışdır.

İran dünyanın qüdrətli dövlətlərinin nümayəndələrilə nüvə planlarını müzakirə etmək üçün cümə axşamı görüşür.



XS
SM
MD
LG