Accessibility links

ABŞ Müdafiə naziri Əfqanıstandan çıxış strategiyasına dair çağırışları rədd edib


ABŞ-ın Müdafiə naziri Robert Geyts Birləşmiş Ştatların hərbi qüvvələrinin Əfqanıstandan çıxarılması üçün vaxt qoyulması və stretegiya hazrılanmasına dair çağırışları rədd edib.

Bu gün CNN tele-şitkərinə müsahibə zamanı Geyts deyib ki, ABŞ-ın Əfqanıstanda hərbi missiyasını sona çatdırmaq üçün möhlət qoyulması strateji səhv olardı.

Geyts bildirib ki, Əfqanıstanda uğursuzluq Birləşmiş Ştatlar üçün geriyə böyük bir addım olardı. Onun sözlərinə görə, Əfqanıstanda məğlubiyyət islamçı ekstremizmin canlanması, Əl-Qaidə sıralarının artması və təşkilatın əməliyyatlarının genişlənməsi baxımından fəlakətli nəticələrə gətirib çıxara bilər.

ABŞ Müdafiə naziri bu açıqlamaları prezident Barak Obama Birləşmiş Ştatların Əfqanıstanda strategiyanı yenidən nəzərdən keçirdiyi, Pentaqon isə regionda Amerika komandiri, general Stenli Makkristalın əlavə əsgəri qüvvə göndərmək haqda müraciətinə baxdığı bir vaxt verir.


XS
SM
MD
LG