Accessibility links

Pakistanda bomba hücumları nəticəsində ölənlərin sayı artır


Pakistan rəsmiləri ölkənin şimal-qərbində iki intiharçı hücumu nəticəsində daha çox insanın həlak olduğunu bildirərək, ölənlərin sayının 26-ya çatdığını deyiblər.

Rəsmilərin bildirdiyinə görə, intiharçının partlayıcılarla maddələrlə dolu maşınını Bannu şəhər polis məntəqəsinə vurması nəticəsində ölən daha çox insanın cəsədini aşkar ediblər.

Taliban komandiri Qari Hüseyn hücumun məsuliyyətini öz üzərinə götürüb və gələcəkdə daha çox hücumun həyata keçiriləcəyi haqda xəbərdarlıq edib.

İkinci partlayış dünən Peşəvər şəhərində baş verib. Polis bildirir ki, hücumçu maşınında olan 100 kiloqram partlayıcı maddəni işə salmazdan əvvəl bankın qarşısında dayanmış insanlara qumbara atıb.


XS
SM
MD
LG