Accessibility links

Prezident Obama Çikaqonun 2016-cı il Olimpiadasına ev sahilibliyi etməsinə dəstək vermək üçün Danimarkaya gedəcək


Prezident Obama Çikaqonun 2016-cı ildə Olimpiya oyunlarına ev sahibliyi etməsinə dəstək vermək üçün bu həftə Danimarkaya səfər edəcək.

Ağ Evin bildirdiyinə görə, cənab Obama Çikaqonun Beynəlxalq Olimpiya Komitəsinin üzvləri qarşısında prezentasiyasından öncə cümə günü səhər Kopenhagendə olacaq.

Amerikanın birinci xanımı Mişel Obama ABŞ-ın nümayəndə heyətinin başçısı kimi çərşənbə günü Kopenhagenə səfər edəcək.

Beynəlxalq Olimpiya Komitəsi 2016-cı ilə Olimpiya oyunlarına ev sahibliyi etmək istəyən dörd şəhərdən birinə səs verəcək. Bu şəhərlər Çikaqo, Madrid, Rio de Janeyro və Tokiodur.

Ağ Ev bildirir ki, prezident və birinci xanım cümə günü iclasda Beynəlxalq Olimpiya Komitəsi qarşısında prezentasiya ilə çıxış edəcəklər.

Çikaqo və digər şəhərlər arasında güclü rəqabət gedir.

XS
SM
MD
LG