Accessibility links

Cihadçıların veb səhifəsində Pakistandakı Taliban lideri Beytulla Məhsuddan bəhs edilib


Əl- Qaidənin ikinci lideri Əyman Əl-Zəvahrinin səsi olduğu güman edilən audio-yazıda Pakistanın Taliban qrupunun sabiq lideri təriflənib. Cihadçıların veb səhifəsində yayılan müraciətdə ötən ilədək Pakistandakı Taliban hərəkatına rəhbərlik edən Beytulla Məhsuddan bəhs edilib.

ABŞ və Pakistan rəsmiləri Məhsudun Amerikanın hava hücumu nəticəsində həlak olduğunu bildirir. Onun yerini isə Amerikadan intiqam alacağına and içən Həkimulla Məhsud tutub. Bu ay Əl-Qaidə tərəfindən bir neçə təhdid mesajı səslənib.Ötən həftə Almaniya müsəlmanları Cihada qoşulmağa çağırılmışdı.

XS
SM
MD
LG