Accessibility links

Bağdad yaxınlığında avtobusda bomba partladılıb


İraq polisinin bildirdiyinə görə, bu gün Bağdadın cənubunda avtobusa yerləşdirilimiş bomba partlayışı nəticəsində 6 nəfər ölüb, iki nəfər yaralanıb. Son iki ildə İraqda zorakılıqların azalmasına baxmayaraq, yaraqlılar hələ də hücumlarını davam etdirməkdədirlər. Birləşmiş Ştatlar hərbi qüvvələri isə dünən İraqın Teyk-van-do komandasının idmançılarının 2006-cı ildə oğurlanmasına və qətllərinə dair istintaqla bağlı son inkişafları açıqlamışdır. Hərbi qüvvələrin məlumatında eləcə də bildirilir ki, hadisə ilə əlaqədar sübhəli bilrinən şəxs həbs edilib.

XS
SM
MD
LG