İranın Atom Enerjisi Agentliyinin
rəhbəri Əli Əkbər Salehi Tehranın BMT-nin
nüvə agentliyini mövcudluğu yenicə açıqlanan nüvə obyektində təştişə nə zaman
başalaya biləcəyi barədə yaxın günlərdə xəbərdar edəcəyini deyib. Salehi bu
bəyanatı İranın dövlət Press TV şirkətinə müsahibəsi zamanı verib.
Açıqlama Tehranın nüvə proqramına dair Cenevrə
danışıqlarından iki gün əvvəl verilir.
İran
qanunvericiləri ABŞ və digər ölkələri əvvəllər yol verdikləri səhvləri təkrar
etməməyə çağırır. Bu gün verilən bəyanatda qanunvericilər müzakirələri keçmiş
anlaşılmazlıqların aradan qaldırılması üçün tarixi imkan adlandırır. Amerika İranın
nüvə fəaliyyətlərini aşkarlamadığı təqdirdə Tehrana qarşı daha sərt sanksiyalar
tətbiq edilməsini istəyir.