Accessibility links

ABŞ Senat komitəsi səhiyyə islahatları planı üzərində səs verəcək


ABŞ Senat komitəsi səhiyyə xidmətlərində islahatları nəzərdə tutan qanun layihəsinin mübahisəli hissəsi üzərində səsvermə keçirəcək. Senat maliyyə komitəsinin üzvləri özəl səhiyyə sığorta şirkətləri ilə rəqabət aparacaq hökumətin idarə etdiyi sığorta şirkətinin təssisatına dair iki düzəlişi nəzərdən keçirəcəklər. İctimai sığorta şirkətinin tərəfdarları deyir ki, bu plan istehlakçılar üçün daha ucuz olacaq və özəl sığorta şirkətlərini öz xidmətlərinin dəyərini endirməyə məcbur edəcək. Lakin opponentlər israr edir ki, hökumət planı özəl sığorta şirkətlərini biznesdən çıxaracaq. Düzəlişlərin Demokrat senatorlar Çarls Şumer və Cey Rokefeller tərəfindən təqdim olunacağı gözlənilir ki, Respublikaçılar və mötədil Demokrat onun əleyhinə çıxırlar.
XS
SM
MD
LG