Accessibility links

Barak Obama tibbi araşdırmalara 5 milyard dollarlıq qrant ayrıldığını bəyan edib


ABŞ prezidenti Barak Obama tibbi araşdırmalara 5 milyard dollarlıq qrant ayrıldığını bəyan edib. Bu bəyanatla Meriland ştatının Betesda şəhərində yerləşən Milli Səhiyyə İnstitutunda çıxış edən prezident bio-tibbi tədqiqatlar üçün qrantı böyük təkan adlandırıb.

ABŞ dövlət başçısı deyib ki, bu vəsait araşdırmaları maliyyələşdirməklə yanaşı, minlərlə insan həyatının xilasına xidmət edəcək. Barak Obama vəsaitin on minlərlə iş yerinin saxlanması ilə yeni iş yerlərinin açılmasına kömək edəcəyini bildirib. Ağ Evin bildirdiyinə görə, Amerikanın hər bir ştatında xərçəng, ürək xəstəlikləri, habelə autizm kimi sahələrin tibbi tədqiqatına 12000 qrant ayrılıb.


XS
SM
MD
LG