ABŞ-ın Kəşfiyyat Xidməti online sorğusu ilə bağlı istintaqa başlayıb.
Belə ki, ötən həftənin şənbə günü Facebooka yerləşdirilən sorğuda respondentlər
“Barak Obama öldürülməlidirmi” sualına cavab verməli idi. Lakin şirkət
rəsmilərinə bu haqda məlumat verildikdən dərhal sonra sorğu saytdan
çıxarılmışdı.
Kəşfiyyat Xidməti prezidentə qarşı hər bir təhlükənin ciddi qəbul
edildiyini bildirib. “Obama öldürülüməlidirmi” sualına -xeyr, bəlkə, bəli və tibbi sığortam
kəsilsə, bəli–deyə 4 cavab seçimi verilmişdi. Facebook istintaqla əlaqədar Kəşfiyyat
Xidməti ilə əməkdaşlıq etdiyini bildirib.