Güclü dənizaltı zəlzələnin ardınca Cənubi Sakit Okean hövzəsi adalarında baş verən sunami nəticəsində yüzdən çox adam həlak olub. Təlafatın böyük hissəsi Samoada baş verib ki, burada 60 adamın həlak
olduğu xəbər verilir. Amerika Samoasında
isə 24 adamın öldüyü təsdiq olunub. Qonşu
Tonqada 7 adam ölüb. ABŞ prezidenti Amerika Samoasını fəlakət zonası elan
edərək yerli xilasetmə əməliyyatlarına yardım üçün oraya federal yardım göndərməyə
göstəriş verib.