İranın
nüvə məsələləri üzrə müzakirəçisi ölkəsinin nüvə proqramı ilə bağlı beynəlxalq
danışıqlara “xoş məramla” yollandığını deyir.
Səid Cəlili bildirib ki, o, iştirakçı dövlətlər üçün danışıqları müsbət
imkan kimi dəyərləndirir. Cümə
axşamından başlayaraq İran öz atom proqramını BMT Təhlükəsizlik Şurasının beş
üzvü və Almaniya ilə müzakirə edəcək.
İranın nüvə proqramının rəhbəri Əli Əkbər Salehi bəyan edib ki, onun
ölkəsi uran zənginləşdirilməsi ilə bağlı heç bir məsələ üzərində danışıqlar
aparmayacaq. ABŞ isə bu məsələni
qaldırmaqda qətidir.