Accessibility links

İsrail əsirlikdə olan əsgərinin əvəzində 20 qadın məhbusu azad edəcəyini deyib


İsrail Qəzzada əsirlikdə olan əsgərinin sağ qaytarıldığı təqdirdə 20 fələstinli qadın məhbusu azad edəcəyini deyib. İsrail rəsmiləri Həmas yaraqlılarının 3 il bundan əvvəl oğurladıqları İsrail əsgəri Gilad Şalitin sağ olduğunu təsdiq edənvideonu görmək istədiklərini bildirmişlər. İsrailin baş naziri Benyamin Netanyahunun idarəsindən bu gün alınanməlumatda deyilir ki, İsrail Misir vasitəçilərinin mübadilə təklifini qəbul edib və məhbusların dəyişdirilməsini bu həftənin cümə günü həyata keçirməyi nəzərdə tutur.

XS
SM
MD
LG