Accessibility links

İraqın Baş naziri yeni siyasi blokun yaradıldığını elan edib


Iraqın Baş naziri Nuri əl-Məliki yanvar ayında seçkilərdən əvvəl yeni, daha geniş siyasi alyansın yaradıldığını elan edib.

Qanun dövləti adlı koalisiyaya 40-dan çox sünnu, şiə və digər partiya daxil olub.

Bağdadın Yaşıl Zonasında çıxış edən Baş nazir Məliki yeni siyasi blokun yaradıldığını elan edərək, milli birliyə və təriqət zəminində parçalanmaya son qoymağa çağırıb.

O, yeni blokun dünyəvi mahiyyətini vurğulayıb. Cənab Məliki deyib ki, alyans tarixi bir dövrü əks etdirərək, sülh və milli prinsiplər əsasında qurulmuş müasir İraqın inkişafını göstərir.

XS
SM
MD
LG