Accessibility links

Ukrayna qaza görə borcu  ödəyə bilməyib



Ukraynanın borc içində olan dövlətə məxsus Naftoqaz şirkəti bildirib ki, 500 milyon dollar məbləğində Avropa istiqrazlarının ödənişini vaxtında ödəyə bilməyib.

Rusiyadan təbii qazı Avropaya nəql edən Naftoqazın bildirdiyinə görə, ödənişi çərşənbə günü qoyulmuş möhlətə qədər ödəməyib.

Ukrayna mətbuatı Naftoqazın yalnız borcun faizini ödəyərək, onun əsas məbləğini yenidən strukturlaşdırrdığı haqda məlumat verib.

Borc ödənmədikdən sonra reytinq şirkəti olan Fitç Naftoqazı razılığı yerinə yetirməyən şirkət kimi qeydə alıb.

XS
SM
MD
LG