Accessibility links

Xarici xilasedici dəstələr Sumatraya axışır


Xarici xilasetmə dəstələri İndoneziyanın Sumatra adasında zəlzələ nəticəsində dağıntılar altında qalmış insanları xilas etməyə çalışırlar. Bu arada isə ölkə rəsmiləri çərşənbə günü baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayının artmaqda davam etdiyini deyir. BMT-nin humanitar məsələlər üzrə rəhbəri Con Holms ölənlərin sayının 1,100-ü ötə biləcəyini deyir. 7.6 bal gücündə zəlzələnin episentri İndoneziya adası Sumatra sahilləri yaxınlığında olub. Rəsmilər hələ də dağıtıların miqyasını müəyyən etməyə çalışırlar. Sumatranın padanq şəhərində azı 500 binanın çökdüyü bildirilir. Dağılan binalar arasında xəstəxana, otel və tədris obyektləri var.
XS
SM
MD
LG