Accessibility links

İsrail məhbəslərindəki 19 fələstinli qadını azad edib


İsrail Fələstin yaraqlıları tərəfindən oğurlanmış əsgərinin sağ olduğu nümayiş etdirilən videonun əvəzində məhbəslərindəki 19 fələstinli qadını azad edib. İsrail fələstinli qadınları 2006-cı ildə girov götürülmüş əsgəri Gilad Şalitin sağ olduğu nümayiş etdirilən video yazını əldə etdiyi təqdirdə azad edəcəyi barədə razılığa gəlmişdi. İsraillə yüzlərlə fələstinli məhbusu azad etməsi ilə bağlı razılıq əldə edilməsinə Misir və Almaniya vasitəçilik edir.

Bu həftənin əvvəli İsrail prezidenti Şimon Peres əsgərin azadlığa buraxılmasının uzun vaxt aparacağı barədə xəbərdarlıq etmişdi. Həmas yaraqlı qrupu isə İsrail əsgəri Şalitin əvəzində İsraildə həbsdə olan yüzlərlə fələstinlinin azad edilməsini tələb edir.

XS
SM
MD
LG