Accessibility links

Özbəkistanın İslam Hərəkatı lideri Tahir Yuldaşevin qətlə yetirildiyi güman edilir


Pakistan rəsmilərinin bildiridyinə görə, Birləşmiş Ştatların pilotsuz təyyarələrinin Əfqanıstanla sərhəddə həyata keçirdikləri hücumlar zamanı Əl-Qaidə ilə əlaqəsi olduğuna inanılan Özbək yaraqlılarının lideri öldürülmüşdür. Pakistanın kəşfiyyat rəsmiləri Birləşmiş Ştatların avqust ayının sonlarında Cənubi Vəziristanda həyata keçirdikləri hücumlar zamanı Özbəkistanın İslam Hərəkatı lideri Tahir Yuldaşevin yaralandığı, bundan bir neçə gün sonra isə öldüyü barədə xəbər verildiyini deyirlər. Lakin Taliban sözçüsü Tahir Yuldaşevin ölümü barədə xəbəri təkzib edib.

Qeyd edək ki, Yuldaşev 1990-cı illərdən bəri Özbəkistan hökumətinə qarşı mübarizə aparırdı. Əvvəlcə Talibanın Yuldaşevə Əfqanıstanın şimalında sığınacaq verdiyi deyilir. Lakin təhlilçilər 2001-ci ildə Birləşmiş Ştatların bu ölkəyə daxil olmasından sonra Yuldaşev və digər üsyançıların Pakistanın qəbilələrin yaşadığı şərq bölgələrinə qaçdıqlarına inanıldığını deyirlər.


XS
SM
MD
LG