Accessibility links

Mosulda reydlər zamanı 100-dən çox adam həbs edilib


İraq Təhlükəsizlik qüvvələrinin Mosul şəhərində keçirdiyi əməliyyatlar zamanı 100-dən çox adam həbs edilib.

İraq rəsmilərinin bildirdiyinə görə, bir neçə gün bundan əvvəl başlayan reydlərin əsas hədəfi sünni döyüşçülər, Əl-Qaidə terrorçuları və İraqın keçmiş diktatoru Səddam Hüseynin Bəəs partiyasının üzvləri olublar.

Üsyançılar nüfuzlarını genişləndirmək üçün Mosul şəhərini əsas cəbhələrdən birinə çevirmişlər. Ərazidə yaşayan mülki vətəndaşlar isə üsyançıların hücumlarının hədəfi olmuşlar.

Dünən Mosuldakı məscidlərin birində bomba partlayışı nəticəsində dua oxuyan baş ruhani həlak olmuş, dua mərasimdə iştirak edən üç dindar yaralanmışdır.

XS
SM
MD
LG