Accessibility links

Əfqanıstanda 8 Amerika və 2 əfqan əsgəri öldürülüb


Əfqanıstanın şərq bölgəsində silahlı şəxslər tərəfindən 8 Amerika və 2 əfqan əsgəri öldürülüb. Güclü atışma ABŞ-ın iki yoxlanış mətəqəsinə qarşı hücum zamanı baş verib. Amerikanın ordu sözçüsü Amerikanın səsinə koalisya qüvvələrinin hücuma bütün qüvvəsi ilə cavab verdiyini və düşmən tərəfin ağır itkilərə məruz qaldığını deyib.

Hücumun məsuliyyətini Pakistanla sərhəd bölgələrdəki Taliban döyüşçüləri üzərinə götürüb. Əfqan rəsmiləri yaraqlılar arasında pakistanlıların da olduğunu bildirir.

XS
SM
MD
LG