Accessibility links

İsrail polisi ilə fələstinli nümayişçilər arasında qarşıdurma olub


Bu gün İsrail polisi ilə müsəlman və yəhudilərin müqəddəs məbədlərinin bağlanmasına etiraz edən fələstinli nümayişçilər arasında qarşıdurma olub. Müsəlmanların üçüncü müqəddəs yeri sayılan məscid qarşısında toplaşanlar polis tərəfindən hücuma məruz qalıb. 9 nəfərin xəsarət aldığı bildirilir.

Bu arada İsrail tərəfindən bu gün daha bir qadın məhbus azad edilib. 20-ci məhbus 2006-cı ildə girov götürülən İsrail əsgərini nümayiş etdirən video müqabilində azad edilir. Həmas Gilad Şalitin azadlığa buraxılması qarşılığında daha artıq məhbusun azad edilməsini tələb edir.


XS
SM
MD
LG