ABŞ-ın milli təhlükəsizlik nazirinin
müşaviri Cim Cons Əfqanıstanın Talibanların əlinə keçmək təhlükəsinin mövcud
olmadığını deyib. Cənab Cons Əfqanıstandakı durumu mürəkkəb adlandırıb və vəziyyəti
əlavə əsgəri qüvvə ilə dəyişməyin mümkün olmayacağını bildirib.
O deyib
ki, təhlükəsizlik, iqtisadi habelə yaxşı
idarəçilik sahələrində inkişaflar eyni zamanda əldə edilməlidir. Avqust
seçkilərinə gəldikdə isə Cim Cons bildirib ki, prezidentin qanuni şəkildə
seçilməsi əfqan xalqı üçün olduqca mühümdür.