Accessibility links

Çin baş naziri Şimali Koreyadadır


Çin baş naziri Ven Ciabao Pxenyana səfərinin ikinci günündə Şimali Koreya parlamentinin rəhbəri Kim Yonq Namla görüşüb. Dövlətə məxsus Şinhua xəbər agentliyi görüşün detalları haqda məlumat verməyib. Agentlik həmçinin xəbər verir ki, cənab Ven Koreya müharibəsi zmanı həlak olmuş çinli əsgərlərin dəfn edildiyi qəbiristanlığı ziyarət edib. Cənab Ven Şimali Koreyaya bazar günü gəlib. Pxenyan aeroportunda onu Şimali Koreya lideri Kim Conq İl qarşılayıb. İki lider günorta vaxtı danışıqlar apardıqdan sonra "Qırmızı İmarətlər haqda Yuxu" adlanan Çin operasına tamaşa ediblər.
XS
SM
MD
LG