Bakıdakı İsrail və ABŞ səfirliklərinə hücum planlaşdırmaqda ittiham olunan altı militanta hökm oxunub. Məhkəmə planlaşdırılan hücumlardakı rollarına görə iki Liviya vətəndaşına 15 il azadlıqdan məhrum etmə cəzası verib. Onlar ABŞ və İsrail səfirliklərinə əlavə olaraq Azərbaycanda bir radar stansiyasına qarşı hücum planlaşdırmaqda təqsirli görülüblər. Məhkəmə planlaşdırılan hücumlarda rolu olan dörd Azərbaycan vətəndaşına da 12 ildən 15 ilə kimi müxtəlif həbs cəzaları verib. Məhkəmənin nümayəndəsi qrupun Hizbullah və əl-Qayda ilə əlaqəsi olduğunu söyləyib.