Accessibility links

İsrail qədim Qüdsdə təhlükəsizlik tədbirlərini artırıb


İsrail etiraz aksiyaları keçirən fələstlinlilərlə polis arasınsda baş verən qarşıdurmadan sonra qədim Qüds və onun ətraflarına minlərlə təhlükəsizlik qüvvəsi yerləşdirib. Bu gün minlərlə dindar yəhudi müqəddəs Sukkot bayramı münasibəti ilə dua etmək üçün Qərb Divarını ziyarət edib. Yəhudilərin müqəddəs ziyraətgahı olan Qərb Divarı Dağ Məbədinin bünövrəsində yerləşir. Müsəlmanların da həmin ərazini özlərinə müqəddəs ziyarətgah hesab edirlər. İsrail polisi həmin ziyarətgaha yaşı yalnız 50-dən yuxarı qadın və kişi müsəlmanların daxil olmasına icazə verir. Rəsmilər İsraildəki ərəb liderlərin etiraz aksiyalarına çağırışının zorakılıqlarla nəticələnə biləcəyini deyirlər.

XS
SM
MD
LG