Accessibility links

2009-cu il tibb sahəsində Nobel mükafatı üç amerikalı alimə verilib


Tibb sahəsində prestijli Nobel mükafatı bu il üç amerikalı alimə verilib.

Nobel mükafatları komitəsi Elizabet Bləkbörn, Karol Qreyder və Jek Şostakın mükafata layiq görüldüyünü bu gün İsveçdə elan edib.

Alimlər tibb üzrə bu yüksək mükafata xərçəng xəstəliyinin müalicəsi və yaşlanma sahələrində araşdırmalarına görə layiq görülüblər.

İsveçin Karolinska institutunun bildirdyinə görə, üç alim xromosomların kopiya edilib deqradasiya prosesinin qarşısını ala bildiyini aşkar etməklə, biologiyanın ən əsas problemini həll edə bilmişlər.

Bləkbörn, Qreyder və Şostak 1.42 milyon dollar dəyərində mükafatı bölüşəcəklər.

Tibb sahəsində Nobel mükafatlarının laureatlarının adları ənənəvi olaraq birinci açıqlanır.

Elm, ədəbiyyat və sülh mükafatları ilk dəfə olaraq 1901-ci ildə biznesmen Alfred Nobel tərəfindən təsis edilmişdir.


XS
SM
MD
LG