Accessibility links

İslamabaddakı Dünya Ərzaq Proqramı idarəsinə intiharçı hücumu həyata keçirilib


Pakistan polisi bildirir ki, paytaxt İslamabaddakı Dünya Ərzaq Proqramı idarəsinə intiharçı hücumu nəticəsində azı 5 nəfər həlak olub. Dünya Ərzaq Proqramının rəsmiləri həlak olanların arasında3 pakistanlının və bir İraq vətəndaşının olduğunu bildirirlər. Hücumda bir neçə nəfər xəsarət alıb ki, onların arasında bəzilərinin vəziyyəti ağırdır.Daxili işlər naziri Rəhman Malik əynində təhlükəsizlik qvardiyası əsgərinin uniforması olan intiharçının idarənin ayaq yolundan istifadə edərək, oraya təxminən 8 kiloqram partlayıçı maddə yerləşdirdiyini.

BMT rəsmiləri hücumu pisləyərək bildiriblər ki, idarə müvəqqəti olaraq bağlanıb.Hələlik hücumun məsuliyyətini öz üzərinə götürən olmayıb. Daxili İşlər Nazirliyi hücumda Taliban yaraqlılarını günahlandırır.

XS
SM
MD
LG