İranın ali ruhani rəhbəri Ayətulla Əli
Xameneyi İranın silahlı qüvvələrinin gücləndirilməsinin qonşu ölkələrə hədə
olmadığını deyib. Noşərhdə hərbi məktəb məzunları qarşısında çıxış edən
Ayətulla deyib ki, ABŞ-dan asılı olmaqla və ya dayanmadan silah əldə etməklə
ləyaqət sahibi olmaq olmaz.
Dünən dövlət orqanı olan İRNA bildirmişdi ki, Əli Xameneyi elitar İnqilab Qvardiyasının bir neçə yüksək səlahiyətli üzvünün yerdəyişməsini edib. Onlar arasında seçkisonrası etiraz aksiyaları zamanı nümayişlərə qarşı zorakı ölçülər götürən Bəsic dəstəsinin komandiri Hüseyn Taeb də var.