Accessibility links

Corc Papandreu seçkilərdən iki gün sonra baş nazir kimi and içib


Yunanıstanın sosialist lideri Corc Papandreu mühafizəkarların məğlubiyyəti ilə nəticələnən ümumilli seçkilərdən iki gün sonra baş nazir kimi and içib. Afinada təşkil edilən andiçmə mərasimində Yunanıstanın Pravoslav kilsəninin arxiyepiskopu İeronumos və prezident Karolos Papulias iştirak edib.

Corc Papandreu partiyası 300 yerli parlamentdə 160 yer qazanıb. Sabiq baş nazir Kostas Karamanlis məğlubiyyətindən sonra Yeni Demokratiya Partiyasının sədrlik vəzifəsindən istefa verib. Papandreu bu gün yeni kabinetinə namizədlərin adını açıqlamalıdır.

Yeni baş nazir iqtisadi dirçəliş üçün 4.4 milyard dollarlıq stimullaşdırma paketi vəd edib. Planda yoxsullara yardım və zənginlərin daha artıq vergi ödəməsi nəzərdə tutulur.


XS
SM
MD
LG