Accessibility links

Əfqanıstanda 10 əfqan əsgər və 100 Taliban döyüşçüsü öldürülüb


Əfqanıstanın Müdafiə Nazirliyinin bildirdiyinə görə, ölkənin cənub və şərq bölgələrində 10 əfqan əsgəri və 100 Taliban döyüşçüsü öldürülüb. Nazirliyin bəyanatında deyilir ki, ölüm halları Helmand və Nuristan vilayətlərində 24 saat ərzində iki əməliyyat zamanı qeydə alınıb.

Yaraqlılarla əsgərlər arasında qarşıdurma bu vilayətlərdə nadir hal deyil. Ötən şənbə günü Nuristan vilayətində 8 Amerika əsgəri öldürülmüşdü.

Bu gün Böyük Britaniyanın Müdafiə NazirliyiHelmənd vilayətində keşik çəkən Britaniya əsgərinin partlayış nəticəsində həlak olduğunu bildirib. Əsgər Britaniyanın Əfqanıstanda öldürülən 220-ci hərbi qulluqçusudur.


XS
SM
MD
LG