Accessibility links

Fizika üzrə Nobel mükafatı üç amerikalı alimə verilib


2009-cu il fizika sahəsində Nobel mükafatı üç amerikalı alimə verilib. Çarls Kao, Villard Boyl və Corc Smit optik kommunikasiya şəbəkələri və digital foto texnologiyalarının inkişaf etdirilməsinə görə bu yüksək mükafata layiq görüblər.

İsveçin Kral Elmlər akademiyası bildirib ki, Şanxayda anadan olmuş Britaniya və ABŞ vətəndaş olan Kao işıq siqnallarının uzun məsafədə optik şüşə liflərindən necə keçirildiyini aşkar etməsinə görə mükafata layiq görüb.

Kanadalı amerikalı olan Boyl və Smit digital kameraların görüntüləri lent vasitəsilə deyil, electron yolla ala bilməsinə imkan verən texnologiyaları inkişaf etdirdiklərinə görə Nobel mükafatı alıblar.

İsveç Kral Elmlər Akademiyası bildirir ki, bu iiln qalibləri gündəlik həyatda praktiki yeniliklər yarada bilmiş və elmi araşdırmalara yeni üsullar gətirmişlər. Qaliblər 1.4 milyon dollar məbləğində mükafatı bölüşücəklər.


XS
SM
MD
LG