Isveçrənin Ədliyyə nazirliyi quruluşçu-rejissor Roman Polanskinin zaminə buraxılması haqda müraciətinin təmin edilməyini bildirib. Bununla onun Birləşmiş Ştatlara təhvil verilməsi prosesi təxirə salınmış olur.
Ədliyyə nazirliyinin sözçüsü Folko Qalli deyib ki, prokurorlar hökumət Polanski azad edilsə ölkədən qaça biləcəyinə inandığı üçün onu azadlığa buraxmaqdan imtina ediblər. Oskar mükafatı almış rejissor keçən ay ABŞ-ın 1978-ci ildə verdiyi həbs orderinə əsasən Sürix şəhərində saxlanılıb. “Chinatovvn” və “Rosemary`s Baby” filmlərinə görə dünya şöhrəti qazanmış 73 yaşlı Polanskiyə qarşı 13 yaşlı qızla seksual əlaqədə olmaq ittiham irəli sürülmüşdür. O, 1978-ci ildə günahkar tanındıqdan sonra hökmü gözlədiyi vaxt Birləşmiş Ştatları tərk etmişdir.
O vaxtdan axtarışda olan Polanski 2003-cü ildə “Pianoçu” filminə görə Oskar mükafatına layiq görülmüş, lakin mükafatı almaq üçün Holivuda gələ bilməmişdir.