Accessibility links

Barak Obama: Amerika terrorimə qarşı mübarizədə nailiyyət əldə edib


ABŞ prezidenti Barak Obama Amerikanın terrorizmə qarşı mübarizədə nailiyyət əldə etdiyini deyib. Vaşinqtonda yerləşən Milli Əks-terror Mərkəzində danışan dövlət başçısı Amerika Birləşmiş Ştatlarının müdafiəsində duran bu qurumun işçilərinə təşəkkürünü bildirib.

Prezident Obama deyib ki, Əl-Qaidə Amerika xalqına təhlükə olaraq qalır və Milli Əks-terror Mərkəzi buna görə təsis edilib. Barak Obama dünyada ekstremist şəbəkələrinin məhvi üçün bu mərkəzin Amerikaya böyük yardımı olduğunu deyib.

ABŞ prezidenti Amerika və onun müttəfiqlərinin gələcək hücumlardan qorunmasının əks-terror mərkəzinin diqqət mərkəzində olduğunu deyib. Barak Obama bu quruma dəstək veriləcəyini vəd edib.


XS
SM
MD
LG