Vaşiqnton
Post qəzetinin yazdığına görə, BMT-nin Əfqanıstandakı
prezident seçkiləri ilə bağlı məxfi məlumat bazasında bəzi dairələrdə
seçicilərin sayı olduğundan 100000 səs artıq göstərilib. Qəzet yazır ki, BMT-nin Əfqanıstandakı
nümayəndəsi Kay Eydin gizli saxladığı səsvermə ilə bağlı məlumatla müstəqil
seçki komissiyasının seçki nəticələri arasında uyğunsuzluq mövcuddur.
Saxtalaşdırma halları daha çox Əfqanıstan prezidentinin qələbə əldə etdiyi cənub və şərq vilayətlərində qeydə alınıb. Müstəqil seçki komissiyası Helmənd vilayətində 135000 səs verildiyini desə də, BMT səsverənlərin sayının 5000-lə 38000 arasında olduğunu təxmin edir. BMT-nin məlumat bazasında Həmid Krazyın rəqibi sabiq baş nazir Abdulla Abdullanın tərəfdarları arasında da saxtalaşdırmaya yol verildiyinə dair faktlar daha az olub.