Accessibility links

İran prezidenti Cenevrə danışıqlarını irəliyə doğru addım kimi qiymətləndirib


İran prezidenti Mahmud Əhmədinejad keçən həftə İranla altılar arasında Cenevrədə keçirilən danışıqların müsbət və irəliyə doğru bir addım olduğunu deyib. İran prezidenti Mahmud Əhmədinejad bu gün Tehranda verdiyi bu açıqlamasında deyib ki, əvvəllə müqayisədə indi bəzi dövlətlərin İrana qarşı münasibətləri daha yaxşıdır.Cənab Əhmədinejad hətta bəzi dövlətlərin nüvə reaktorunda yanacaq kimi istifadə olunması üçün Tehrana daha az zənginləşdirilmiş uran satışını təklif etdiyini deyib.

Keçən həftənin cümə axşamı Cenevrədə keçirilən danışıqlar zamanı dünya qüdrətləri İranın zənginləşdirmək üçün uranı xarici ölkələrdən göndərməsi tələbini irəli sürüb. İran oktyabr ayının 19-da keçiriləcək nüvə proqramı ilə bağlı danışıqlarda iştirak edəcəyini bildirib.

İranın xarici işlər naziri Mənuçehr Mottəki isə may ayında Səudiyyə Ərəbistanında itkin düşən alim Şəhram Əmirin yoxa çıxmasında Birləmiş Şataların əli ola biləcəyini deyib. Cənab Mottəki deyib ki, təhqiqatçılaralimin yoxa çıxmasında Birləşmiş Ştatların əli olduğu ilə bağlı sənəd əldə ediblər. Xəbər agentlikləri isəSəudiyyə Ərəbistanına Həcc ziyarətinə gedərkən itkin düşən Şəhram Əmirinin nüvə sahəsində alim olduğunu bildirmişdilər.


XS
SM
MD
LG