ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Corc Mitçel İsrailin Xarici işlər nazirinin proseslə bağlı bədbinliyini ifadə etməsinə baxmayaraq, israillilər və fələstinliləri sülh danışıqlarını bərpa etməyə çağırıb.
Mitçellə görüşdən öncə İsrail radiosuna müsahibə verən Xarici İşlər naziri Aviqdor Liberman deyib ki, israillilər və fələstinlilər müvəqqəti razılıqlar əldə etməli və ciddi məsələləri sonra həll etməlidirlər. Libermanın sözlərinə görə, israillilər və fələstinlilərin Qüdsün gələcəyi kimi, həssas məsələləri həll edə biləcəklərini gözləmək reallıqdan uzaqdır. O deyib ki, dünyanın bir çox yerlərində insanların tamamilə həll edilə bilməcəyini anladığı münaqişələr var.
Mitçel regionda görüşlərin növbəti raunduna İsrailin prezidenti Şimon Perezlə görüşlə başlayıb.
Cümə günü Corc Mitçel İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşüb, sonra fələstinlilərin prezidenti Mahmud Abbasla danışıqlar aparmaq üçün Ramallaha səfər edəcək.