Birləşmiş Ştatlar prezidenti Barak Obama ABŞ-ın Əfqanıstan stategiyasını müzakirə etmək üçün bu gün Ağ Evdə vitse-prezident Cozef Bayden və dövlət katibi Hillari Klintonla görüşəcək. ABŞ-ın başçılığı ilə Əfqanıstanda müharibənin başlamasının 8-ci ildömümü münasibəti ilə dünən cənab Obama ölkənin yüksək rütbəli hərbi qülluqçuları və siyasətçiləri ilə də görüş keçirmişdi. Dünənki görüşdə diqqət əsasən Əfqanıstanla qonşu Pakistanın roluna yönəlmişdi.Ağ Evin sözçüsü Robert Gibs administrasiyanın Pakistanın exstremistlərə qarşı mübarizəsini genişləndirdiyinideyib. Prezident Obama Milli Təhlükəsizlik komandası ilə sabah görüşəcək.