BMT-nin Təhlükəsizlik Şurası BMT-nin İsrail və
fələstinli yaraqlıların İsrailin Qəzzaya qarşı hücumları zamanı müharibə
cinayətləri törətdiklərinə dair hesabatı ilə bağlı gələn həftə müzakirə
keçirməlidir. Şura bu həftə Liviyanın müraciəti ilə Yaxın Şərq üzrə
müzakirələrin 6 gün uzadılmasına dair razılıq əldə edib.
Bu qərar BMT-nin Cenevrədə
yerləşən İnsan Hüquqları Şurasının müharibə cinayətlərinə dair hesabatının səsverməsini
mart ayınadək təxirə salmasından sonra verilib. ABŞ-ın BMT-dəki səfirinin müavini
Alexandro Volf Qəzza hesabatının gələn
həftə keçiriləcək görüşdə müzakirə edilməyəcəyini deyərək, Amerikanın hesabatla
bağlı mövqeyini bir daha təkrar edib.
ABŞ hesabatı birtərəfli və qəbuledilməz adlandırır. Ərəb səfirlər isə hesabatın müzakirələrə çıxarılmasına çalışacaqlarını bildiriblər.