Accessibility links

Hondurasın müvəqqəti prezidenti Roberto Miçeletti istefa verməyəcəyini deyib


Hondurasın müvəqqəti prezidenti Roberto Miçeletti Qərb yarımkürəsinin diplomatlarına deyib ki, prezident Manuel Zelayanın vəzifəsinə bərpa eilməsi üçün o, istefa verməyəcək.Üç ay davam edən siyasi böhrana son qoymaq üçün Miçeletti Amerika Dövlətləri Təşkilatının nümayəndə heyəti ilə görüşüb.O, diplomatları Zelyanaın hansı səbəblər üzündən vəzifədən kənarlaşdırıldığını anlamamağa çağırıb və onun ölkəsinə iqtisadi yardımı dayandırdıqlarına görə tənqid edib. Diplomatlar habelə hazırda Braziliyanın Hondurasdakı səfirliyində sığınacaq tapmış cənab Zelaya ilə görüşüblər.Cənab Zelaya təkid edir ki, əgər oktyabrın 15-ə qədər o öz vəzifəsinə bərpa edilməsə, onda noyabr üçün nəzərdə tutulan seçkilər yubadılsın.

XS
SM
MD
LG