Accessibility links

Ədəbiyyat üzrə Nobel mükafatı Rumıniyada anadan olmuş alman yazıçı Herta Müllerə verilib


2009-cu il ədəbiyyat üzrə Nobel mükafatı Rumıniyada anadan olmuş alman yazıçı Herta Müllerə verilib.

İsveç Akademiyası Mülleri onun poeziya və nəsr əsərlərində hər bir şeydən məhrum olmuş insanların təsvirini verə bildiyinə görə bu yüksək mükafata layiq gördüyünü elan edib.

Yazıçı və şair olan Müller Rumıniyada kiçik alman kəndində həyatı təsvir edən “Niderunqen” və bir sıra başqa əsərlərinə görə tanınır.

Müller Rumıniyada alman azlığına mənsub olan ailədən çıxıb. Onun atası İkinci Dünya müharibəsi dövrü Almaniyanın SS qüvvələrində xidmət edib. Rumıniya hökuməti onun anasını 1945-ci ildə Sovet İttifaqında əsir düşərgəsinə göndərmişdi.

1987-ci ildə Müller və onun həyat yoldaşı Rumıniyadan Almaniyaya mühacirət etmişlər.

Dekabr ayının 10-da İsveçdə, Stokholmda Herta Müllerə 1.4 milyon dollar məbləğində Nobel mükafatı və diplom təqdim ediləcək.


XS
SM
MD
LG