Accessibility links

İnqilab Qvardiyasının nümayəndəsi İrana qarşı edilən hər hansı hücuma onun ölkəsinin cavab verəcəyini deyib


İranın ali ruhani lideri Ayətulla Əli Xameneyinin yardımçısı, İran İnqilab Qvardiyasının nümayəndəsi Moctaba Zolnur deyib ki, istər Birləşmiş Ştatlar, istərdə də İsrail tərəfdən onun ölkəsinə qarşı edilən hər hansı hücuma İran cavab verəcək. Rəsmi İRNA xəbər agentliyinin bu gün cənab Zolnura istinadən bildirdiyinə görə, əgər İsrail və ya ABŞ-ın bir raketi İranı hədəf alarsa, İran onun sözləri ilə "İsrailin ürəyini parçalayar".

Birləşmiş Ştatlar və İsrail isə İrana qarşı hər hansı hücum həyata keçirmək deyil, nüvə proqramına son qoymasına diplomatic yollarla nail olmaq istəyirlər. ABŞ və digər ölkələr İranın nüvə silahı istehsal etdiyini desələr də, İran bunu danır. Birləşmiş Ştatlar və dünyanın digər qüdrətli ölkələri İranla bu barədə artıq oktyabr ayının 1-də İsveçrənin Cenevrə şəhərində danışıqlar keçirmiş və danışıqların davamı oktyabr ayının 19-na təyin edilmişdir.

XS
SM
MD
LG